- Köhnə - Siyasət
- 2 Yanvar 2018 18:52
- 3 225
Azərbaycan XİN-dən İrandakı aksiyalara MÜNASİBƏT

Azərbaycan Xarici İşlər Nazirliyison günlərdə İranda baş verən hadisələrə münasibət bildirib.
XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfi İrandakı hadisələrin İran İslam Respublikasının qanunlarına uyğun olaraq sülh şəraitində olmasını arzulayır.
Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. Son 6 gündə etiraz aksiyası ilə bağlı ölənlərin sayının 20 nəfərə çatdığı bildirilir.
AzNews.az