- Köhnə - Siyasət
- 26 Yanvar 2018 10:43
- 3 913
Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi - Foto

Prezident İlham Əliyev Ekvadorun Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib.
AzNews.az xəbər verir ki, Prezidenti İlham Əliyev yanvarın 26-da Ekvador Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri German Alexandro Orteqa Almeydanın etimadnaməsini qəbul edib.
Prezidenti İlham Əliyev yanvarın 26-da Çili Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xose Manuel Silvanın da etimadnaməsini qəbul edib.