MTN “bu bizlik deyil” deyir, DİN cavab vermir, Baş Prokurorluq isə “gözləməyimizi” məsləhət bilir... MTN “bu bizlik deyil” deyir, DİN cavab vermir, Baş Prokurorluq isə “gözləməyimizi” məsləhət bilir...

Dövlət qurumları “Facebook inqilabı” iddiasiyla bağlı niyə susur?

MTN “bu bizlik deyil” deyir, DİN cavab vermir, Baş Prokurorluq isə “gözləməyimizi” məsləhət bilir...



Məlum olduğu kimi, jurnalist Eynulla Fətullayev rəhbərlik etdiyi "haqqın.az" saytında sensasion məqalə ilə çıxış edib. Jurnalistin iddiasına görə, ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən Milli Demokratiya İnstitutu ölkədə "facebook inqilabı"nı reallaşdırmaq üçün 2 milyon dollar maliyyə vəsaiti ayırıb.

Məqalədə yer alan iddialarla bağlı E.Fətullayev AzNews.az-ın sualına "yazıda hər şey öz əksini tapıb"-deməklə kifayətlənib.

Dövlətin təhlükəsizliyinə cavabdeh qurum olan MTN-nin sözügedən mövzuyla bağlı cavabı isə qeyri-adi olub. Nazirlikdən AzNews.az-a bildirilib ki, bununla əlaqədar Prokurorluq və Daxili İşlər Nazirliyinə müraciət etmək daha düzgün olar.

Daxili İşlər və Ədliyyə Nazirliklərindən məsələyə aydınlıq gətirmək cəhdlərimiz isə heç bir nəticə vermədi. Respublika Baş Prokurorluğundansa bizimlə əlaqə saxlayacaqlarını bildirdilər.

Gültəkin
AzNews.az