İsa Qəmbər: “Xalq kimi dəstəkləsə, onun ətrafında birləşəcəyik”

"Xalq kimi dəstəkləsə, biz də onun ətrafında birləşəcəyik. Bu mən də ola bilərəm, başqası da". "Qafqazinfo"nun məlumatına görə, bu sözləri "El" Hərəkatının təqdimat mərasimində Müsavat başqanı İsa Qəmbər deyib. O, yeni hərəkatın uğurlu olacağına inandığını bildirib:

"Hərəkat gözəl bir gündə elan olunub- yaz havası var. Artıq cəmiyyət fəallaşır. Dünya da dəyişikliklər mərhələsindədir. Azərbaycanda da dəyişikliklər qaçılmazdır, labüddür və olacaq. Təbii ki, bu dəyişikliyə hər kəs öz töhfəsini verəcək. Hesab edirəm ki, əsas məsələ seçkidə iştirak etmək qərarını vermək, problemi həll etməkdir. Əminəm ki. "El" Hərəkatı da öz töhfəsini verəcək. Digər qurumlarla da məsləhətləşib şəraiti qiymətləndirəcəyik. Xalq kimi dəstəkləsə biz də onun ətrafında birləşəcəyik. Bu mən də ola bilərəm başqası da".

AzNews.az