ABŞ-ın ermənipərəst konqresmenləri Gürcüstanda erməni separatizmini gücləndirmək yolundadır ABŞ-ın ermənipərəst konqresmenləri Gürcüstanda erməni separatizmini gücləndirmək yolundadır

“Dünya erməniliyi Azərbaycanda itirəcəyini Gürcüstanda qazanmaq istəyir” - Mübariz Əhmədoğlu

ABŞ-ın ermənipərəst konqresmenləri Gürcüstanda erməni separatizmini gücləndirmək yolundadır

ABŞ konqresmenləri üçün Gürcüstanın Cavaxetiya regionu ilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi olan Dağlıq Qarabağ eyni statuslu görünür. Qeyd edək ki, ABŞ konqresmenlərinin belə yanaşması yeni deyil. Cavaxetiya mövzusunda verdiyi dəstək bəyanatlarının mahiyyətini konqresmenlərin başa düşməməsi inandırıcı deyil.

İki məsələ diqqət çəkir:

ı. Gürcüstan ABŞ konqresmenləri arasında izahat işi aparmır.

ıı. Erməni siyasətçilərininABŞ konqresmenlərindən Cavaxetiya ilə Dağlıq Qarabağı bərabərləşdirməsini tələbetməsi faktdır.

Amma rəsmi Tbilisi bunu da görməzliyə vurur. Gürcüstanın bu mövzuya diqqət verməməsi təəccüblüdür. Gürcüstan ritorikada deyil, ciddi şəkildə ərazi bütövlüyü prinsipini dəstəkləsə Azərbaycan da daxil olmaqla tərəfdaşlarının sayı bu məsələdə artacaq. “Cavaxetiya Gürcüstanın tərkib hissəsi olduğu kimi Dağlıq Qarabağ da Azərbaycanın tərkib hissəsidir. Cavaxetiyanı Gürcüstandan, Dağlıq Qarabağı isə Azərbaycandan ayırmaq mümkün deyil” təbliğat klişesindən istifadə etməklə ABŞ-dakı erməni kokusunu və rəsmi Yerevanı çətin vəziyyətə sala bilər. Ermənilərin ictimai şüurunda Dağlıq Qarabağı itirmək hissi getdikcəgüclənir Dünya erməniliyi Azərbaycanda itirəcəyini Gürcüstanda qazanmaq istəyir.Ona görə də rəsmi Yerevan ABŞ konqresindəki erməni kokusuna Cavaxetiyanı Dağlıq Qarabağla eyniləşdirmək göstərişi verib.

Mübariz Əhmədoğlu

AzNews.az