- Köhnə - Siyasət
- 11 Aprel 2018 12:54
- 5 252
Saat 12:00-a olan seçici fəallığı açıqlandı
Azərbaycanda prezident seçkilərinin saat 12:00-a olan nəticələri məlum olub.
Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı xəbərə əsasən, saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.
Ümumilikdə Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərinin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Prezident seçkilərində səsvermə saat 19:00-da başa çatacaq.
MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə bundan sonra saat 15:00, 17:00 və 19:00-da məlumat veriləcək.
Qeyd edək ki, dairələr üzrə ən yüksək seçici fəallığı 51 saylı Qusar Seçki Dairəsindədir. Burada artıq seçicilərin 44.58%-i (20775 seçici) səs verib. Ən zəif seçki fəallığı isə 17 saylı Yasamal Üçüncü Seçki Dairəsindədir. Burada seçicilərin 25.63%-i (10271) səs verib.
AzNews.az