Paraqvay səfirliyini Qüdsə köçürür

Daha bir ölkə Qüdsdə səfirlik açır.

APA-nın “NTV” agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ və Qvatemaladan sonra Cənubi Amerika ölkələrindən Paraqvay da bu yaxınlarda İsraildəki səfirliyini Tel Avivdən Qüdsə köçürəcək.

Paraqvay xarici işlər naziri Eladio Loizaga deyib ki, mayın 22-də səfirliyin yeni binasının açılşının nəzərdə tutulur.