Yaponiya imperatoru Azərbaycan prezidentini təbrik etdi

Yaponiya imperatoru Akihito Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

AzNews.az-ın məlumatına görə, məktubda deyilir:

“Zati-aliləri. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edən Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Zati-alinizə xoşbəxtlik və Azərbaycan xalqına rifah arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram”.