İyunun 7-də Rusiya Prezidenti Vladimir Putin canlı yayımda 4 saat 20 dəqiqə davam edən “Birbaşa xətt” zamanı 79 suala cavab verib. İyunun 7-də Rusiya Prezidenti Vladimir Putin canlı yayımda 4 saat 20 dəqiqə davam edən “Birbaşa xətt” zamanı 79 suala cavab verib.

Putin 4 saat 20 dəqiqə efirdə oldu - 80-ə yaxın suala cavab verdi (Foto)

İyunun 7-də Rusiya Prezidenti Vladimir Putin canlı yayımda 4 saat 20 dəqiqə davam edən “Birbaşa xətt” zamanı 79 suala cavab verib.

AzNews.az-ın məlumatına görə, bu il “Birbaşa xətt”in formatında dəyişiklik edilib. Belə ki, canlı yayımda nazirlər, qubernatorlar və struktur rəhbərləri də səsləndirilən problemlərin həlli yollarına dair fikirlərini söyləyiblər.

Rusiya Prezidentinin ünvanına 2 milyondan çox sual daxil olub. Sualların əksəriyyəti ölkədə sosial-iqtisadi vəziyyət, hərbi və kosmik sahələr, idmanla bağlı olub. Bundan əlavə, Rusiya dövlətinin başçısı xarici siyasət, şəxsi həyatı və digər məsələlərlə bağlı suallara da cavab verib.

Rusiyada benzinin qiymətinin artmasını bu sahədə tənzimləmənin səhvi adlandıran V.Putin bunu neft şirkətlərinin daxili bazara yönəltdikləri benzin və dizel yanacağından kifayət qədər gəlir əldə etmədikləri və bu gəlirin xaricə satılan xammaldan alınan gəlirdən az olması ilə əlaqələndirib. Bunun üçün hökumət benzin və dizel yanacağı aksizlərinin qiymətini aşağı salmaq qərarına gəlib.

V.Putin “Exo Moskvı” radiostansiyasının “filtrə” ehtiyacı olduğunu qeyd edib. O deyib ki, “Qazprom” şirkəti radiostansiyanı maliyyələşdirsə də onun redaksiya siyasətinə qarışmır. Lakin bu radiostansiyanın təbliğatı filtrdən keçirilməlidir.

V.Putin prezident vəzifəsinin çətinliklərindən də danışıb. O deyib ki, bu vəzifə müəyyən şeylərdən, məsələn, şəxsi həyatdan imtina etmək kimi qurbanlar tələb edir. Lakin milyonlarla insanın rifahının artırılmasına və vətənin gücləndirilməsinə xidmət etmək bu itkini kompensasiya edir. V.Putin nəvələri ilə ünsiyyətə az vaxt ayırdığını da etiraf edib. Prezident nəvələri ilə daha çox vaxt keçirmək arzusunda olduğunu deyib.

Prezident V.Putin “Birbaşa xətt” televiziya proqramı vasitəsi ilə 2001-ci ildən 11 dəfə ölkə başçısı kimi və 4 dəfə baş nazir vəzifəsində tamaşaçılarla ünsiyyətdə olub.

“Birbaşa xətt” Rusiyanın Birinci kanalı, “Rossiya-1”, “Rossiya-24”, ORT telekanalları, “Mayak”, “Vesti FM”, “Radio Rossii” radiostansiyaları vasitəsilə yayımlanıb. (AZƏRTAC)