Azərbaycan QDİƏT-in Ermənistandakı iclasında iştirak edəcək

27 iyun tarixində Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

Bunu AzNews.az-a XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Əlifba sırası əsasında rotasiya qaydalarına uyğun olaraq QDİƏT-də sədrlik Azərbaycan Respublikasına keçəcək və nazir müavini Mahmud Məmməd-Quliyev sədrliyi qəbul edəcək.