Bu gün Türkiyə Böyük Millət Məclisinin yeni sədrinin seçilməsi üçün səsvermə keçirilib. Bu gün Türkiyə Böyük Millət Məclisinin yeni sədrinin seçilməsi üçün səsvermə keçirilib.

Sabiq baş nazir Türkiyə parlamentinin sədri seçildi

Bu gün Türkiyə Böyük Millət Məclisinin yeni sədrinin seçilməsi üçün səsvermə keçirilib.

AzNews.az-ın məlumatına görə, yekun nəticəyə əsasən, Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq baş nazir Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

Onun lehinə 335 deputat səs verib.

Səsvermənin I və II turunda sədri seçmək mümkün olmadığına görə III tur keçirilib.

Beləliklə də, B.Yıldırım III turda səs toplayıb.

Bidirək ki, Türkiyə Konstitusiyasına əsasən, Məclis sədri seçilmək üçün I və II turda 600 deputatdan 400-nün səsini qazanmaq lazımdır. Əgər I və II turda parlament sədrini seçmək mümkün olmazsa, onda III tur keçirilir. Bu mərhələdə 301 deputatın dəstəyini qazanan şəxs Böyük Millət Məclisinin sədri seçilir.

Qeyd edək ki, Parlament sədri vəzifəsinə B.Yıldırımdan başqa, müxalif Cümhuriyyət Xalq Partiyası İstanbuldan olan millət vəkili Erdoğan Toprakın, Xalqların Demokratik Partiyası Siirtdən seçilən deputat Meral Danış Beştaşın, İYİ Partiya İstanbuldan olan millət vəkili Hayrettin Nuhoğlunun və Səadət Partiyası isə İstanbulu təmsil edən deputat Cihangir İslamın namizədliyini irəli sürmüşdülər.