Moskvada Xəzər dənizinin mühafizəsinə dair yeni protokol imzalanıb

Moskva şəhərində “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın (Tehran Konvensiyası) Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanı sessiyada Ekologiya və Təbii Sərvətlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiya zamanı “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair protokol” beş Xəzəryanı ölkə tərəfindən imzalanıb.