Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin V sammiti öz işinə başlayıb. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin V sammiti öz işinə başlayıb.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı - Yenilənib (Fotolar)

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin V sammiti öz işinə başlayıb.

AzNews.az xəbər verir ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.

Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb.

***

14:46

AzNews.az xəbər verir ki, Xəzəryanı dövlət başçıları Aktauda 1996-cı ildən üzərində iş aparılan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

image description image description image description image description image description image description