Azərbaycanlılar İrana getmir?

2018-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,0 faiz artaraq 2514,8 min nəfər olub.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 33,4 faizi Gürcüstana, 24,0 faizi İrana, 22,9 faizi Rusiya Federasiyasına, 15,2 faizi Türkiyəyə, 1,4 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 2,1 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 67,9 faizi kişilər, 32,1 faizi isə qadınlar olub.