Bir deputatın,- hətta o, parlamentin komissiya sədri olsa belə,- təklifi hələ Azərbaycanın özünün geosiyasi seçimində və hərbi-siyasi statusunda dəyişiklik edəcəyi anlamına gələ bilməz, bunun üçün ən azı daha yüksək statuslu şəxslərin açıqlamalarına ehtiyac var. Bir deputatın,- hətta o, parlamentin komissiya sədri olsa belə,- təklifi hələ Azərbaycanın özünün geosiyasi seçimində və hərbi-siyasi statusunda dəyişiklik edəcəyi anlamına gələ bilməz, bunun üçün ən azı daha yüksək statuslu şəxslərin açıqlamalarına ehtiyac var.

Duqin Azərbaycanı israrla hara dəvət edir?

Bir deputatın,- hətta o, parlamentin komissiya sədri olsa belə,- təklifi hələ Azərbaycanın özünün geosiyasi seçimində və hərbi-siyasi statusunda dəyişiklik edəcəyi anlamına gələ bilməz, bunun üçün ən azı daha yüksək statuslu şəxslərin açıqlamalarına ehtiyac var.

Amma görünəni budur ki, Kremlin siyasi dairələri israrla həmin açıqlamanı tirajlamağa və ona daha çox diqqət yönəltməyə cəhd edirlər. Bir az da aydın olsun deyə, bildirək ki, söhbət Azərbaycanın KTMT-na və Avrasiya İqtisadi Birliyinə üzv olmasından gedir.

Bunun təbliği-təşviqilə məşğul olansa yenə də məşhur professor A.Duqin cənablarıdır. Kremlin siyasi mətbəxinə yaxınlığı iddia olunan bu adamın çıxışlarını, müsahibələrini və hətta yazılarını daim diqqətdə saxlamağa çalışırıq.

Elə bu yaxınlarda onun guya beş rayonun Bakıya qaytarılmasının S.Sarkisyanla razılaşdırılması haqdakı fikirlərinə reaksiya vermişdik. Onda da demişdik və bir daha təkrar edirik ki, əslində heç bir razılaşma-filan yox idi, əgər belə bir şey olsaydı onu bir ştrix kimi rəsmi Bakının da Ermənistandakı proseslərə münasibətindən sezmək olardı. Belə çalar isə yoxdur, əksinə rəsmi Bakının təmsilçiləri də kriminal Qarabağ siyasi klanının illərlə nəinki Qarabağ problemini, ümumiyyətlə, Ermənistanı dalana gətirib çıxarmasından danışır və ümid edirlər ki, yeni hakimiyyət və yaxud da ölkədəki yeni situasiya erməni liderlərini Qarabağ prosesinə də korrektələr etməyə vadar edəcək.

Amma Duqin N.Paşinyandan siyasi varislik, S.Sarkisyanın siyasi kursunu davam etdirməyi umur. Əslində bu da aydındı– rusiyalı poltoloq Ermənistan-Rusiya münasibətlərinin on illərlə adət olunan məcradan çıxa bilməsindən narahatdır. O, bunu zahirən gizlətməyə, guya ki, Dağlıq Qarabağla bağlı əldə olunmuş razılaşımaların pozulacağından narahatlıq keçirdiyini gözə soxmağa çalışsa da, yetər ki, onun çıxışlarını bir az diqqətlə oxuyasan – o saat aydın olacaqdır ki, Kreml strateqini narahat edən əsl səbəb başqadır, bu adam Yerevanın əldən çıxacağından ehtiyat edir.

Rusiya indi Ermənistandakı vəziyyətdən çox narahatdır: bunlar Paşinyanı rusofob və qərbçi kimi təqdim etməkdə israrlıdırlar. Hələlik Paşinyan belə ittihamlar üçün konkret əsaslar verməsə də biz də razıyıq ki, Kremlin isterikaları tamam əsassız deyil: hətta daxili təyinatları belə Kremllə razılaşdıran bir ölkədə birdən-birə KTMT-nın baş katibinə cinayət işi açmaq - əlbəttə ki, bu, Moskvanı qeyzləndirməyə və narahat etməyə bilməz...

Üstəlik, aydın məsələdir ki, Paşinyan nə qədər and-aman etsə də o, Moskva üçün Sarksiyan və yaxud da Koçaryan olmayacaq, çünki bu adam anlayır ki, daha belə davam edə bilməz, ya Ermənistan Rusiyanın qoltuğunda dilənçi mövcudluğunu davam etdirməlidir, ya da alternativ yollar aramalıdır. Elə bu səbəbdən də iddia etmək ki, Paşinyanın Qərblə bağlı hər hansı planı və ya gözləntisi yoxdur, - bu, əlbəttə ki, düzgün bir nəticə olmaz.

Amma Duqin bu məsələnin kökünə baxmır. Niyə Rusiyaya illərlə nökərçilik edən Ermənistan birdən-birə başqa səmtlərə boylanmağa cəhd edir? Doğrudanmı bu, yalnız ermənilərin “patoloji satqınlığı” ilə bağlıdır? Əlbəttə ki, yox. İllər ərzində Ermənistan Qarabağ məsələsindən savayı Moskvadan başqa bir dividend görmədi.

Hələ heç onu demirik ki, hətta bu məsələdə Ermənistana ayrılan rol mübahisə predmeti olaraq qalır–ola bilsin, Yerevanda kimsə zənn edir ki, Kreml Dağlıq Qarabağı onlara veribdir, əslindəsə qətiyyən belə deyil, Moksva illərlə özünün Qarabağ ssenarisində Ermənistana bəlli rol ayırıb və Yerevan bu ssenaridən çıxmağa çalışsa ssenari də dəyişəcək, rol da...

Qərəz, Ermənistan artıq Rusiyaya alternativlər axtarmağa cəhd edir. Səbəbi də budur ki, ermənilər, primitiv şəkildə desək, çörək də yemək istəyirlər. Cənab Duqin isə bunun üstündən sükutla keçir və bir suala cavab verməkdən yayınır ki, Ermənistanın çabaları onunla bağlı deyilmi ki, Avrasiya İqtisadi Birliyində olmaq, illərlə Rusiyanın yanında vurnuxmaq Ermənistana heç nə vermədi?

Ona görə də A.Duqin cənablarından da birmənalı şəkildə soruşmaq olardı ki, Avrasiya İqtisadi Birliyi ona üzv olan təşklatlara nə veribdi ki, Azərbaycana da taleyini bu təşkilata bağlamağa qərar versin?

Məgər aydın deyilmi ki, o, sadəcə, bir boyunduruqdur və dövlətlər onu boyunlarına yalnız bir məqsədlə keçirirlər – Rusiyanın təzyiq və təhdidlərini azaltmaq üçün...

Hüseynbala Səlimov