- Köhnə - Siyasət
- 29 Avqust 2018 18:51
- 4 530
Argentinalı səfir Azərbaycanı tərk edir

Xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın Azərbaycandakı səfiri Carlos Dante Rivanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq və siyasi dialoqun inkişafından məmnunluq ifadə olundu və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyi vurğulandı.
Səfir Carlos Dante Riva diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.
Nazir Elmar Məmmədyarov səfir Carlos Dante Rivaya ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrinə görə təşəkkür etdi və gələcək fəaliyyətində uğurlar arzuladı.