Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündən dərhal sonra Kremlə dəvət alıb. Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündən dərhal sonra Kremlə dəvət alıb.

“Paşinyan dəvət üçün Moskvaya dil töküb” - Politoloq

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündən dərhal sonra Kremlə dəvət alıb.

AzNews.az mövzu ilə bağlı Siyasi İnnovasiyalar və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu ilə söhbət edib.

- Mübariz müəllim, sizcə, bu “dəvətin” arxasında hansı səbəblər dayanır?

- Paşinyan dəvət-filan almayıb. Ermənistan tərəfi özü dəvət üçün müraciət edib. S.Lavrov Ermənistanda baş verənlərlə bağlı narazılığını bildirdikdən sonra Putin R. Koçaryana zəng etdi və 31 avqust tarixində onun ad gününü təbrik etdi. Əslində bu təbrik Paşinyana mesaj idi. Koçaryan daha əvvəllər də prezident olub, lakin Putin, Medvedyev ona zəng etməmişdi. Eləcə də Koçaryan özü çox güclü biznes kommersiya strukturlarından birinin idarə heyətinin üzvü olduğu üçün ildə ən azı 2 dəfə Rusiyada olurdu. Amma heç kim onu çağırıb “bir stəkan çay içmədi”. Yəni, bu 10 il ərzində Rusiyanın yadına R.Koçaryan düşmədi. İndi yada salmaları da Paşinyana mesajdır. Ona görə də Paşinyan təlaşa düşdü, dil töküb görüş istədi. Paşinyanı özünün xahişi əsasında Moskvaya çağırdılar. Rusiya-Ermənistan münasibətləri, Ermənistanın Rusiya qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı çox ciddi müzakirələr ola bilər. Onlar bəri başdan deyiblər ki, Nikol Paşinyanın Rusiya qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyə gücü olmadığını düşünürük. Ona görə mən düşünmürəm ki, N.Paşinyan Moskvadan yaxşı bir şey gətirsin.

- Qeyd etdiniz ki, Paşinyan özü-özünü Moskvaya dəvət etdirib. Bildiyiniz kimi, yaxın zamanlarda Paşinyanın “100 günü” geridə qaldı. Düşünürsünüzmü ki, bu dəvət özünü Rusiyaya təsdiq etdirmək məqsədi güdür?

- Paşinyan fiqur deyil və özündən başqa heç kimə təsiri yoxdur. Ermənistanda ancaq polisin gücü ilə 5-6 adamı həbs etdirməkdən başqa heç nə edə bilməz. Bundan artıq gücü yoxdur. Ermənistana investisiya cəlb edə, sabitlik yarada bilmir. Ona görə Nikol Paşinyanın gedib özünü təsdiq etdirməsi kimi şeylərə ehtimal yoxdur.

- Paşinyan çıxışlarında dəfələrlə Rusiya deyil, Qərbyönümlü olduğunu vurğulayıb. Bəs sizcə, indi özünü Kremlə “dəvət etdirməsi” nəyə işarədir?

- Bunun adı “erməni hiyləsi”dir. Nikol Paşinyan və ətrafı qərbyönümlü, Qərblə əlaqəsi olan adamlardır. Əgər hakimiyyətdə qalsa, qərbpərəst siyasət aparacaq. Sadəcə, Paşinyan başa düşür ki, əvvəlcə Rusiyanın “başının altına yastıq qoyub”, sonra Qərbə yönəlməlidir. Lakin indi Rusiya da aldanmaq istəmir və ortaya da bu cür vəziyyət çıxır.

- Bu yaxınlarda mətbuatda Paşinyanın Azərbaycan əsilli olduğunu əks etdirən materiallar yayıldı. Son olaraq bu barədə nə deyə bilərsiniz?

- Həmin materiallarla artıq tanış olmuşam. O vaxt SSRİ dövrü idi. Ermənistan, Azərbaycan SSRİ-nin tərkib hissəsi idi. Buna görə də ailələr bir-biri ilə əlaqə saxlaya bilərdi. O vaxt “sən ermənisən, sən azərbaycanlısan” məsələsi kəskin deyildi. Paşinyan özü İcevandandır. Bir hissəsi bizim Tovuz rayonu, digər hissəsi də Qazax rayonu ilə həmsərhəddir.

Pərvanə Ağazadə,
AzNews.az