Prezident İlham Əliyevin Xorvatiyaya səfəri hər iki ölkənin inkişafına müsbət təsir göstərəcək. Prezident İlham Əliyevin Xorvatiyaya səfəri hər iki ölkənin inkişafına müsbət təsir göstərəcək.

“Prezidentin Xorvatiya səfəri əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır” - Politoloq

Prezident İlham Əliyevin Xorvatiyaya səfəri hər iki ölkənin inkişafına müsbət təsir göstərəcək.

AzNews.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

E.Nəsirovun sözlərinə görə, bu səfər Azərbaycan-Xorvatiya münasibətlərinin strateji xarakter daşıdığını, fundamental məsələlərdə hər iki ölkənin ortaq mövqedən çıxış etdiyini nümayiş etdirdi:

"Hər iki dövlət başçısı bildirdi ki, bu gün siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahəsində əməkdaşılıqda mövqelərimiz ortaqdır və ikitərəfli əməkdaşlığın artırılması üçün geniş potensial var".

Millət vəkili bildirib ki, səfər həmçinin Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına da müsbət təsir edəcək:

"Azərbaycan üçün Avropa İttifaqı və NATO çərçivəsində əməkdaşlıq da çox əhəmiyyətlidir. Bu təşkilatlarla da bizim əlaqələrimiz inkişaf etməkdədir. Nəzərə alsaq ki, Xorvatiya 2009-cu ildən NATO, 2013-cü ildən isə Aİ üzvüdür, buna görə də rəsmi Zaqreb bu qurumlar vasitəsilə də Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə öz tövhəsini verə bilər".

E.Nəsirovun sözlərinə görə, Prezident İlham Əliyev səfər çərçivəsində Azərbaycanın Xorvatiya ilə strateji tərəfdaş olduğunu bəyan edib və bu səfərin ikitərəfli əməkdaşlığın güclənməsinə böyük önəm verəcəyini bildirib:

"Enerji təhlükəsizliyi məsələləri Xorvatiya ilə münasibətlərimizin olduqca önəmli məqamlarından biridir. Xorvatiya "Cənub Qaz Dəhlizi" ilə bağlı Azərbaycan paytaxtında keçirilən 4 toplantıda yaxından iştirak edib. Xorvatiya hər zaman Aİ ilə münasibətlərimizdə Azərbaycanı dəstəkləyib və bu işə öz tövhələrini verib. Bütövlükdə iki ölkə arasında əməkdaşlığın artırılması üçün çox böyük potensial var və bu səfər həmin inkişaf üçün geniş imkanlar yaradır".

AzNews.az