Türkiyənin “Vatan” qəzetində tanınmış yazar Kürşad Zorlunun Azərbaycanın Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımaması ilə bağlı məqaləsi dərc olunub. Türkiyənin “Vatan” qəzetində tanınmış yazar Kürşad Zorlunun Azərbaycanın Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımaması ilə bağlı məqaləsi dərc olunub.

Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyənlərə Kürşad Zorludan sərt cavab

Türkiyənin “Vatan” qəzetində tanınmış yazar Kürşad Zorlunun Azərbaycanın Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımaması ilə bağlı məqaləsi dərc olunub.

O, bu mövzuya vaxtilə Türkiyədə ilk dəfə aydınlıq gətirdiyini bildirərək, Azərbaycanın 2007-ci ildə Şimali Kipri tanıması üçün prosesə başladığını qeyd edib.

Lakin daha sonra Avropa İttifaqı Parlamentinin nümayəndələri Azərbaycana “siz Şimali Kipri tanısanız, biz də Dağlıq Qarabağın müstəqilliyini tanıyacağıq” – deyə, bildirməsi bu prosesin təxirə salınmasına səbəb olub.

Müəllif “Niyə? Bu həmləyə qarşılıq verilə bilməzdimi?” sualı ətrafında müzakirə açılmasının mümkünlüyünü vurğulayıb, amma heç bir halda dostluq, qardaşlıq münasibətlərinin gözardı edilməyəcəyini yazıb. O, bildirib ki, buna cəhd edənlər provokativ qüvvələrdir. Bu cür mövqe sərgiləyənlərin niyyəti sorğu-sual ediləcək və qardaşlıq ruhu onları əzəcək.

Nurlan AĞA
AzNews.az