"Paşinyanın sərsəm bəyanatı Qarabağla bağlı danışıqlara son qoya bilər" - Rasim Musabəyov

"Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana mümkün qatılması barədə bəyanatı sərsəmləmədir və onların danışıqlara son qoyulması niyyətini göstərə bilər".

AzNews.az "Report"-a istinadən xəbər verir ki, bu fikri Azərbaycanın Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan Bakı-Moskva videokörpüsü zamanı bildirib.

"Bu adam əvvəlcə oğlunu Qarabağda qulluq etməyə göndərib, sonra da belə bəyanatla çıxış edirsə, deməli, danışıqlar prosesinin bitdiyini demək istəyir", - o deyib.

Politoloq həmçinin vurğulayıb ki, Moskva N.Paşinyanın belə ehtiyatsız bəyanatını heç də nikbinliklə qəbul etməyib: "Putin və Kremlin Paşinyana və komandasına qarşı onsuz da mehriban olmayan münasibətini nəzərə alaraq demək olar ki, belə bəyanatlar Moskvanın onlara qarşı nifrətini dərinləşdirir".

AzNews.az