- Köhnə - Siyasət
- 11 Sentyabr 2018 12:12
- 5 796
Paşinyan absurd fikirlər irəli sürür
Azərbaycan öz ərazisindən imtina edən deyil
Ermənistanın hakimiyyət dairələri Dağlıq Qarabağ məsələsi üzəridə ənənvi siyasi manipuliyasını davam etdirməkdədir. İndi də işğalçı ölkədə hakimiyyəti qəsb etmiş yeni baş nazir Nikol Paşinyan sözügedən ənənəyə sadiqlik nümayiş etdirməkdədir. Belə ki, yeni baş nazir indiyə qədər münaqişənin silh yolu ilə nizamasalınması istiqamətində aparılan danışıqların mahiyyətindən yayınaraq mövcud status-kvonu saxlamağa çalışır. Elə bu səbədən də heç bir əsası olmayan, bu vaxta qədər aparılan danışıqlar formatında qəbul edilməyən iddialarla çıxış edir. Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri S.Lavrovla görüşündə bildirmişdi ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Əsas arqument kimi o, "DQR"-in parlamenti, prezidenti və hökuməti olan müstəqil ölkə" olduğunu; onun baş nazir seçilməsində dağlıq Qarabağ ermənilərinin iştirak etmədiyi barədə iddialar irəli sürmüşdü. Bu dəfə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya səfəri zamanı Qarabağla bağlı düşünülməmiş bəyanat verib. Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi gördüyünü bəyan edən Paşinyan, Dağlıq Qarabağ məsələsində güzəştə getməyəcəklərini bildirib. Paşinyanın bu bəyanatı Qarabağla bağlı diplomatik danışıqlara vurulan ciddi zərbə kimi dəyərləndirilə bilərmi?
Əvvala qeyd edək ki, işğalçı dövlətin təmsilçisi elə iddialarla çıxış edir ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqların bərpası qeyri-müəyyən müddətə təxirə salınsın. Əslində belə fikirlərin ortaya atılması Paşinyanın hakimiyyətini möhkəmlətmək üçün daha çox lazımdır. Nəzərə almaq lazımdır ki, bu ölkədə ikihakimiyyətlik hökm sürür, qanunverici orqanla icra hakimiyyəti arasında ciddi ziddiyyətlər mövcuddur. Əks halda birmənalı şəkildə qeyd etmək olar ki, Paşinyanın səsləndirdiyi fikirlər Dağlıq Qarabağla bağlı aparılan danışıqların mahiyyətinə daban-dabana ziddir. Rəsmi Bakı isə Paşinyanın Qarabağa dair populist və avantürist açıqlamalarına əsasən reaksiya vermir və Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətlərin yolu ilə getməyəcəyinə ümid edir. Lakin belə görünür ki, erməni inqilabının liderinin Qarabağ məsələsində nəinki hansısa konstruktivlik nümayiş etdirmək niyyəti yoxdur, eləcə də o ümumiyyətlə danışıqlar aparmaqda maraqlı deyil. Politoloq Tofiq Abbasov Paşinyanın danışıqlara maraq göstərmədiyini təsdiqlədi: "Paşinyan bu fikri baş nazir olan qədər də bir neçə dəfə, hətta parlamentdə də səsəlndirmişdi. Lakin ciddi bir dəstəyə nail olmamışdı. Indi isə o, bu fikri rəsmi bir şəxs kimi səsləndirir. Qarabağ problemi hələ sovet dönəmində başlamışdı. Onlar Qarabağın Ermnistana birləşdirilməsinə hələ o zaman çalışırdılar. Müstəqillikdən sonra isə onlar bunu transfer etdilər. Bildirdilər ki, sən demə Qarabağ erməniləri Ermənistana birləşmək eşqindədirlər və öz müqəddaratlarını Azərbaycan dövlətindən kənarda həll etmək istəyirlər.Paşinyanın bu bəyanatı göstərir ki, o, danışıqlardan qaçmaq üçün bəhanə axtarır. Bundan öncə isə demişdi ki, Dağlıq Qarabağ tərəfinin danışıqlara qatılmasının tərəfdarıyıq. Bu da onun danışıqlardan yayınmaq istədiyini göstərən bir dəlil hesab oluna bilər. Paşinyan gizlənir və çalışır ki, danışıqlara şəxsən qatılmasın. Lakin bu da vəziyyətdən çıxış yolu deyil. Azərbaycan daim gözləyən deyil. Başqa cür olsa, onda gərək Ermənistan özündən küssün".
Politoloq Qabil Hüseynli deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlamalar sərsəmlikdir və heç bir reallığı əks etdirmir. Onun sözlərinə görə, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır: "Ermənistanın baş nazirinin Moskvada Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz təsəvvüründə Ermənistanın bir hissəsi hesab etməsi absurddur. Azərbaycan öz ərazisindən imtina edən deyil. Hələki sülh danışıqları gedir. Tezliklə ərazilərimiz işğaldan azad olunacaq və Paşinyanın boşboğazlığı özünə qalacaq".
Ermənistan baş nazirinin Qarabağ qçıqlaması ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların da narazılığına səbəb olub. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Həyətinin bəyənatında qeyd olunur ki, Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı fikirlər səsləndirməsi Ermənistanla danışıqların davam etdirilməsinin əhəmiyyətsiz olduğunu sübuta yetirir. Qeyd olunub ki, hətta Vladimir Putinlə görüşdən dərhal sonra Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı fikirlər səsləndirməsi Ermənistanla danışıqların davam etdirilməsinin əhəmiyyətsiz olduğunu növbəti dəfə sübuta yetirir. BAXCP İdarə Heyəti hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Ermənistanla aparılan danışıqlara son verilməli, bu barədə beynəlxalq təşkilatlar məlumatlandırılmalı, Azərbaycan hökuməti torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qətiyyətli addımlar atmalıdır. (olaylar.az)
AzNews.az