“Azərbaycan prezidenti cənab İlham Əliyevin son 10 gün ərzində xarici ölkələrə gerçəkləşdiyi rəsmi səfərlərini və ölkəmizə gələn xarici ölkə rəhbərlərinin səfərlərini nəzərə alaraq deyə bilərik ki, ölkəmiz son günlərdə çox mühüm diplomatik görüşlərə imza atıb”. “Azərbaycan prezidenti cənab İlham Əliyevin son 10 gün ərzində xarici ölkələrə gerçəkləşdiyi rəsmi səfərlərini və ölkəmizə gələn xarici ölkə rəhbərlərinin səfərlərini nəzərə alaraq deyə bilərik ki, ölkəmiz son günlərdə çox mühüm diplomatik görüşlərə imza atıb”.

“Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır” - Rufiz Qonaqov

“Azərbaycan prezidenti cənab İlham Əliyevin son 10 gün ərzində xarici ölkələrə gerçəkləşdiyi rəsmi səfərlərini və ölkəmizə gələn xarici ölkə rəhbərlərinin səfərlərini nəzərə alaraq deyə bilərik ki, ölkəmiz son günlərdə çox mühüm diplomatik görüşlərə imza atıb”.

AzNews.az xəbər verir ki, bu sözləri Publika.az-a politoloq Rufiz Qonaqov deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti apardığı uğurlu xarici siyasət nəticəsində regionda ölkəmizin nüfuzunu daha artırır: “Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizə səfər edən Almaniyanın kansleri Angela Merkeli qarşılaması, keçirilən rəsmi görüşlərin ardından prezidentin Rusiyaya rəsmi səfəri və orada Valdimir Putinlə görüşü mühüm əhəmiyyət kəsb edir. Ötən həftə Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 6-cı sammitində iştirakı, eyni zamanda Xorvatiyaya səfəri Azərbaycan üçün bütün istiqamətlərdə mühüm əhəmiyyətə malikdir.

Nəzərə asaq ki, Azərbaycan xarici siyasətində ikitərəfi, üçtərəfli formatlarla bərabər, qonşu və digər dövlətlərələ də qarşılıqlı əlaqələrə, əməkdaşlığa üstünlük verir. Xorvatiya NATO ölkəsi və Avropa İttifaqının üzvü olan bir ölkədir. Xorvatiya prezidentinin Azərbaycanda rəsmi səfərdə olması, daha sonra ölkə başçımızın Xorvatiya səfəri zamanı həmkarını Azərbayacan dəvət etməsi, bir neçə gün ərzində keçirilən görüşlərdə əldə edilən razılıqlar, imzalanan razılaşmalar, memorandumlar iki ölkə arasında tərəfdaşlığı üst pillələrə daşıyacaq. Xarici işlər nazirlərinin keçirdiyi görüşlər onu göstərdi ki, Azərbaycan NATO ölkəri, Avropa İttifaqı da daxil olmaqla, Avropanın ən nüfuzlu ölkələri ilə tərəfdaşlıq edə biləcək gücə sahibdir. Bununla da Azərbaycan bir daha həm enerji ölkəsi, həm də nəqliyyat dəhlizi ölkəsi kimi özünü dünya ölkələrinə sübut edə bildi. Nəzərə almaq lazımdır ki, Almaniya dünyanın ən güclü dövlətlərindən biridir. Angela Merkelin ölkəmizə səfərini və yalnız burada keçirdiyi biznes forum özü də Azərbaycanın hansı nüfuza sahib olduğunu bird daha göstərir.

Bundan sonra Soçidə keçirilən görüşdə ölkə başçısının iştirakı, orada imzalanan sənədlər ölkəmizin Rusiya ilə növbəti dəfə strateji əlaqələrinin möhkəmlənməsinə xidmət etdi”.

R.Qonaqov onu da əlavə edib ki, ayın 25-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri gözlənilir:

“Baxmayaraq ki, ölkə liderləri son bir neçə həftə ərzində bir çox rəsmi görüşlərdə bir araya gəliblər, Rusiya prezidenti ayın 25-də Azərbayacan səfər edəcək. Bu səfər ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da ölkəmizə səfəri təsadüfi deyil. Müxtəlif tədirlərdə, ölkələrdə tez-tez bir araya gəlmələrinə baxmayaraq, liderlərin Azərbaycana səfəri ölkəmizin dünya ölkərləri arasında artan nüfuzundan xəbər verir. Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olaraq bu gün dünya ölkələri üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bundan başqa, Azərbaycan şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizlərini, eyni zamanda Bakı –Tbilisi-Qars dəmiryolunu bilavasitə işə salmaqla bir daha nümayiş etdirdi ki, doğurdan da xarici siyasətimiz yüksələn xəttlə inkişaf edir. Sözsüz ki, bu əlaqələr artıqca, daha da möhkəmləndikcə ölkəmizin iqtisdi və siyasi gücü də artır. Bu isə Azərbaycanın nüfuzu üçün olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, ölkə başçısının bütün bu addımları milli maraqlara xidmət edərək ölkənin gələcəyi üçün mühüm perspektivlər vəd edir”.

AzNews.az