- Köhnə - Siyasət
- 11 Sentyabr 2018 17:33
- 8 442
Erməni məmurların biabırçı danışıqları ifşa edildi - SƏS YAZISI (VİDEO)
Telefon danışığı Ermənistan milli təhlükəsizlik xidmətinin direktoru və xüsusi istintaq xidmətinin rəhbəri arasında olub.
AzNews.az Ordu.az-a istinadən səs yazısını olduğu kimi təqdim edir:
Sasun: Salam mənim dostum can
Artur: Qardaş, vəziyyət necədir?
S: O, dəlillər verib. O, yazıb ki, bu...
A: Yaxşı, O, bunu necə izah etdi?
S: Heç nə izah etməyib. Dedi ki: “Bu nə zibildir axı? Başdan-ayağa səfehlikdir!”. Uşaqlar dedi ki, çox qorxubmuş.
A: Nəyə görə? Əmrə görə?
S: Qərar barəsində. Həmin qərar ki...
A: Hə, gördüyü əmr... Deməli o, Mişa Arutunyanın əmrini görüb, yaxşı, bəs o nə dedi?
S: Əziz dostum, o, bundan xəbərsizdir.
A: Ola bilər
S: Mixayıl Arutunyanın əmrini göstərməmək üçün...
A: Aha
S: Ona ittihamla bağlı qərar göstərildi...
A: Aha
S: ... Bu göstəriş haqqında yazılan yer. O, nəzarətdən çıxırdı: “Bunlar hamısı nə deməkdir axı?”
A: Aha
S: O dedi ki: “Bəs o...”. Saakyan Rubo qışqırmağa başladı: “Mənə araşdırma qrupunun bütün üzvləri barədə məlumatları verin”. Və o yazdı: “Bax, həmin vaxtda eyni adamlar araşdırma qrupunun üzvləri idi. Bunların hamısı necə baş verə bilər? Onlar bunu o zaman etmədilər, lakin artıq ediblər. Buna görə də bu siyasi işkəncədir”. Onun yazdıqları bu axmaq ifadələr idi.
A: Aha
S: Faktiki olaraq onun sözləri əhəmiyyət kəsb eləmir, dostum. Çox yaxşı. Armen Qevorkyan da ifadə vermək üçün gəlib...
A: Hakimlər yenidən mənə zəng etdilər.
S: Aha
A: Bir hakim mənə zəng etdi. O, bir az qorxmuşdu.
S: Başa düşdüm.
A: Dedim ki: Məsələyə hərtərəfli bax. O, Qraçdır, hə? Mən hakimin adını nəzərdə tuturam, Qraçdır?
S: Qraç?
A: O... hakimin...
S: Onun adını bilmirəm.
A: Mən həbs qərarı verən hakimi nəzərdə tuturam.
S: Aha
A: Ona dedim ki: “Siz...” – Mən əsaslandırmaları öyrənəcəm, cənab Vanetsyan, sonra sizə zəng vurub raport verəcəm”.
S: Qoy baxsın.
A: Dedim ki: Əsaslandırmaları öyrənin, sonra mənə zəng edin. Məni qətiyyən sizin onu istəyib-istəmədiyiniz maraqlandırmır. Amma siz həbs qərarı verməlisiniz”.
S: Bəli, bəli, mənim dostum. Əgər biz həbs qərarı versək, əgər həbs qərarı verilsə...
A: Bunu ümumi danışın
S: ... hər kəs bundan danışacaq. Dostum, düşünürəm ki, hər kəs bu haqda yazmağa başlayacaq.
A: Edək onu. Və Mişa...
S: Və bu gün Xaçaturovla biz həm də ... dostum
A: Qardaşım, Xaçaturov yox! O, KTMT-nin sədridir.
S: Bunun fərqi yoxdur.
A: Xaçaturov... Bu bizim üçün bütöv ayıb olacaq.
S: Niyə?
A: Mənim dostum can, o, KTMT-nin sədridir! Bir az gözlə! Bu başa çatacaq...
S: Yəni biz onu qəfəsə sala bilmərik, dostum?
A: Bir az gözlə! Mən sabah gələcəm... Qardaş, mən sabah gələcəm və yenidən Xaçaturovla...
S: Yox, Yox. Biz artıq onu burda qəbul etmişik, dostum. Biz onun necə bir ifadə verdiyini görəcəyik.
A: Əziz dostum, amma bu siyasi problemdir. Onun işində, məhdud yaşayış əmri məhdudlaşdırma tədbiri kimi seçilə bilər. Ortada bir qərar var... Rusiya ilə. İndi isə biz onu yerinə yetirməyə hazırlaşırıq, nə olsun? Bu bütöv bir biabırçılıq olacaq.
S: Dostum, onu Baş nazirlə müzakirə et. Gördün, mən artıq həbs barədə elan etdim.
A: Yaxşı, mən onunla elə indi danışacam.
S: Yaxşı
10 saniyə aradan sonra
S: Salam mənim dostum can
A: Sasun can, salam!
S: Salam-salam, qardaş!
A: Hər şey qaydasındadı?
S: Hə, yaxşıyam, çox sağ ol. Bəs sən, Artur can?
A: Əla, dinlə, əgər biz Xaçaturovu həbs etməsək...
S: Aha
A: Onda nə baş verəcək?
S: Siz demək istəyirsiniz ki, əgər məhkəmə həbs qərarı verməsə?
A: Bəli
S: Onda məhdudlaşdırılmış iqamət əmri, yaxud kəfalət məhdudlaşdırma tədbiri kimi görülə bilər. Əgər kəfalət olsa, onun statusu eyni qalacaq və hələ də ittiham olunan şəxs kimi qalacaq. (Telefon zəngi kəsildi)
*****
S: Hə, dostum can!
A: Onu oxudunuz?
S: Elə sizə cavab yazırdım, dostum. Qardaş, dinlə, bizim iki saxlama rejimimiz var.
A: Aha
S: Biri, birbaşa şübhələrə əsaslanaraq saxlama.
A: Aha
S: Və cinayət prokurorunun qərarına əsasən həbs.
A: Doğru
S: Və yalnız əgər şübhəli hardasa başqa yerdədirsə, ikinci seçimə icazə verilir. Məsələn, mən İrəvanda, şübhəli isə Sisiandadır. O halda mən agentliyə onun həbsi üçün göstəriş verdim: “Gedin, onu tutun və buraya gətirin”. Bu ilk variantdır.
Artur: Aha.
Sasun: İkinci variant kifayət qədər ciddi şübhə altında həbsdir. Bu, şəxsin hər hansısa cinayət başında yaxalanması, onun paltarının qanlı olması, yaxud silahlı tapılması halında mümkündür.
A: Aydındır.
S: Üçüncü variant... Əgər şübhəli şəxs müəyyən edilən məhdudlaşdırıcı tədbir şərtlərini pozarsa, o halda da o saxlanıla bilər.
A: Bəli.
S: Beləliklə əlimizdə 3 seçim var, qardaşım. İndi... Bu işdə onların heç birini tətbiq edə bilmirik.
A: Aha.
S: Əgər mən bu şəxsi əsaslı dəlillər adı altında həbs etməyə çalışsaydım, onun vəkilləri məni parça-parça edərdilər. Onlar deyəcəkdi: “Sənin hökmün... Hansı əsasa söykənir? Cinayətlə bağlı hansı izləri aşkar etdin ki, onun dərhal həbsinə qərar verirsən? Sən onun azadlığını qısıtlamaq istəyirsən!”. Məsələ burasındadır.
A: Sizi başa düşdüm.
S: Dostum, faktiki olaraq hər şey qaydasındadır. Vaqe Qriqoryan bura gəlir.
A: Bəli, bəli.
S: O ciddi bir şeylər yazacaq. Həmçinin eyni zamanda bir nitq də səsləndirəcək.
A: Aydındır.
S: O bütün suallara cavab verəcək. Mən düşünürəm ki, mənim nitqim bu vəziyyətdə heç də yerinə düşməyəcək.
A: Yox, yox, yox. Qoyun Vahe ictimaiyyətə bir açıqlama versin.
S: Siz haqlısınız, dostum.
Artur: ... hüquqşunas və ekspert kimi.
S: Əlbəttə. Avropa Məhkəməsində o həmçinin çıxış edəcək...
A: Dostum, Xaçaturov möhkəm...
S: Bax. Bunların hamısı eynidir. Lakin Xaçaturovdakı ən möhkəmləridir və...
A: Dostum, sənə yalvarıram Xaçaturovla bağlı ehtiyatlı ol. Baxmayaraq ki, Baş nazirin əmri Xaçaturovun saxlanılmasına imkan verəcək, rusiyalılar...
S: Qulaq as mənə... İstənilən halda Baş Qərargahın rəisi olmaq...
A: Bəli. Sasun: Qardaşım, siz gördünüz ki, Müdafiə Nazirliyinin əmri əsasında onun hərbi qüvvələri istifadə etmək gücü yoxdur.
A: Bəs sonra.
S: Məsələ burasındadır ki, yalnızca prezidentin belə bir əmr imzalamaq ixtiyarı var.
A: Bu aydındır, ancaq o...
S: 1997-ci il idi...
A:... Həyata keçirildi, Seyranı həbs edin.
S: Nə? Mən bunu indiyə qədər eşitməmişdim. Bir də təkrarla, zəhmət olmasa.
A: Seyranı, yaxud Mişa Harutunyanı tutun.
S: Biz Seyrana da həmçinin təzyiqlər edəcəyik. Seyran kimi o da bəzi digər eyib şeylər etmişdi, dostum.
A: Bəli.
S: Bilirsən o necə günahkardır. Həmin axşam o çölə çıxıb dedi: “Biz... Ordu... Əgər siz böyük insan izdihamı formalaşdırsanız və bir şey təşkil etsəniz, ordunun cavabı adekvat olacaq”. O xalqı bu üsulla qorxudurdu.
A: Bəli, bu aydındır. Dostum, əgər yer varsa... Amma...
S: Narahat olmayın, narahat olmayın.
A: Xaçaturovla ehtiyatlı olun. Rusiya...
S: Xaçaturov danışacaq.
A: Əgər siz Xaçaturovu çağırsanız, onu sorğulasanız və o sizə adekvat cavablar versə, siz onun üçün tətbiq edilən məhdudiyyətlərin ölçüsünü dəyişərsinizmi?
S: Əzizim, mən onunla bağlı hər hansısa problem aşkarlamamışam. Lakin onun həbs edilənə qədər hər hansısa ifadə verəcəyini düşünmürəm.
A: Onda ona bununla bağlı indi danışın.
S: O indi burada deyil. Mən ona nə deməliyəm?
A: Yaxşı, amma icazə verin...
S: Onun üçün burada 2 gün qalmaq yaxşı olacaq. O özünə gələcək və sonra da ifadə verəcək.
A: Yaxşı, qoyun elə olsun.
S: Yaxşı.
A: Və bu ... Xaçaturovun köməkçisi.
S: Siz danışılanları nəzərdə tutursunuz?
A: Bəli
S: Əziz dostum, birincisi mən nəyin baş verdiyini müəyyən etməliyəm.
A: Mən onun əməliyyatlar üçün olan köməkçisini nəzərdə tuturam.
S: Biz vəziyyəti aydınlaşdıracağıq və danışıqlar aparacağıq, dostum.
A: Hələlik.
S: Hələlik.
AzNews.az