- Köhnə - Siyasət
- 30 Mart 2013 22:50
- 2 094
İlham Əliyev federasiya rəhbərlərini toplayacaq

Hesabat-seçki Baş Məclisində hansı məsələlər müzakirə ediləcək?
Aprelin 3-də Milli Olimpiya Komitəsinin 6-cı hesabat-seçki Baş Məclisi keçiriləcək.
AzNews.az-a daxil olan məlumata görə, toplantıda ötən olimpiya təşkilində görülən işlərlə bağlı hesabat veriləcək. Konfransda bütün federasiyaların rəhbərləri iştirak edəcək. Bundan başqa 2015-ci ildə Bakıda təşkil olunacaq I Avropa Oyunlarına hazırlıq məqsədilə İşçi Qrup yaradılacaq.
Qeyd edək ki, MOK-un hazırkı prezidenti, dövlət başçısı İlham Əliyevdir. O, 2008-ci il dekabrın 26-da növbəti 8 il müddətinə qurumun prezidenti seçilib. MOK-un İcraiyyə Komitəsinin isə 17 üzvü var.
Azər
AzNews.az