“Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş aprel ayından indiyədək Dağlıq Qarabağla əlaqəli gedən proseslərdə mühüm dönüş anıdır”. Bu fikirləri “ Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib. “Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş aprel ayından indiyədək Dağlıq Qarabağla əlaqəli gedən proseslərdə mühüm dönüş anıdır”. Bu fikirləri “ Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

"Düşənbə görüşü danışıqlar prosesində mühüm dönüş anıdır" - Aydın Quliyev

“Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş aprel ayından indiyədək Dağlıq Qarabağla əlaqəli gedən proseslərdə mühüm dönüş anıdır”. Bu fikirləri “ Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

O bildirib ki, görüş Ermənistan baş nazirinin daha konstruktiv olmağa cəhd göstərməsinin əlaməti və Azərbaycan diplomatiyasının böyük uğuru kimi qiymətləndirilə bilər.

A.Quliyev söyləyib ki, Paşinyan 4-5 ay əvvəl Dağlıq Qarabağ danışıqlarına getmək üçün müəyyən şərtlər irəli sürürdüsə, bu gün həmin şərtlərdən fərqli və yeni mövqe nümayiş etdirməsi, Azərbaycan diplomatiyasının qələbəsi, və Ermənistanın qeyri konstruktiv şərtlərdən geri çəkildiyini göstərir: “Bu, son zamanlar Rusiya-Azərbaycan yaxınlaşmasının çox mühüm effektlərindən biri sayıla bilər”.

Baş redaktor qeyd edib ki, Ermənistanın danışıqlar prosesinə qayıtmaq istədiyini göstərən bu razılaşma indiki səviyyədə qala, böyük nəticələr verə də bilər: “Əgər Paşinyan danışıqlara qayıtmaqla bərabər, Madrid prinsipləri əsasında danışıqları dayandırıldığı yerdən davam etdirilməsinə razılıq versə, Bişkekdə əldə olunan razılığın tarixi əhəmiyyəti daha da böyük olacaq. Öz əhəmiyyətinə görə, 1994-cü ildə Bişkekdə əldə olunan məşhur sənəd tarixə düşə bilər. Bu baxımdan deyə bilərik ki, danışıqlara gəlmək və bu danışıqları davam etdirmək məsələnin həlli demək deyil. Danışıqların hansı prinsiplər əsasında davam etdirilməsi də vacibdir. Bunun üçün ortada hazır olan format Madrid prinsipləridir”. (SİA)

AzNews.az