Eldar Namazov Rüstəm İbrahimbəyovla niyə görüşməyəcək? - Açıqlama

Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov ABŞ səfəri çərçivəsində qurumun sədri və vahid namizədi Rüstəm İbrahimbəyovla görüşməyəcək.

Bu barədə AzNews.az-a Milli Şura üzvü Köçəri Nağıbəyli məlumat verib.

O bildirib ki, E.Namazovun ABŞ səfərində nəzərdə tutulan görüşləri çox olduğu üçün o, Birləşmiş Ştatlardan birbaşa ölkəyə qayıdacaq: "Eldar müəllim ABŞ-da olduğu zaman Rüstəm müəllim Brüsseldə səfərdə olacaq. Buna görə də, onun Rüstəm müəllimlə görüşə bilməyəcək".

K.Nağıbəyli onu da bildirib ki, E.Namazov iyulun 18-də Bakıda olacaq.

Bahar Rüstəmli
AzNews.az