İsa Qəmbər seçkilərə qatılmayacaq – Partiya qərarı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı olub.

Partiyadan AzNews.az-a verilən məlumata görə, Divanın iclasında müzakirə olunan əsas məsələ Müsavat başqanı İsa Qəmbərin qarşıdan gələn prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı olub.

Daxil olan məlumata görə, İsa Qəmbər öz namizədliyini Milli Şuranın yeni vahid namizədi Cəmil Həsənlinin xeyrinə geri götürdüyünü bəyan edib.
İclasda partiya başqanı bununla bağlı Divana təklif verib. Divan təklifi müzakirə edərək partiya Məclisinin 4 yanvar tarixli qərarını qüvvədən düşmüş hesab edib. Həmçinin, partiyanın strukturlarına tapşırılıb ki, seçkilərdə C.Həsənlinin namizədliyi müdafiə olunsun.

Anar
AzNews.az