İqbal Ağazadənin heç nəyi yox imiş

Prezidentliyə namizədliyi ikinci olaraq qeydə alınmış Ümid Partiyasının sədri İqbal Ağazadənin MSK-ya təqdim etdiyi sənəddə heç bir əmlaka sahib olmadığı göstərilib. Bunu modern.az-a İ.Ağazadənin seçki qərargahının rəhbəri Taleh Əliyev açıqlayıb.

"İqbal Ağazadənin əmlakla bağlı MSK-ya təqdim etdiyi arayışda göstərilir ki, onun adına rəsmən heç bir əmlak yoxdur", – deyə partiya funksioneri qeyd edib.

Taleh Əliyevin sözlərinə görə, İqbal Ağazadənin illik gəlirləri yalnız Milli Məclis deputatı kimi aldığı məvacibdən və mükafatlardan ibarətdir.

AzNews.az