Cəmil Həsənli İTV-də tək çıxış etmək istəyir

Bu gün Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli RATİ-də mətbuat konfransı keçirib. Öncə Cəmil Həsənlinin mətbuat katibi konfransın məqsədi barədə məlumat verib. Dünən İTV-də baş tutan debatda baş verən hadisə ilə bağlı Cəmil Həsənlinin mövqeyinin ifadə olunacağını bildirib. Sonra Cəmil Həsənli danışıb. Prezidentliyə namizəd deyib ki, əslində debatda baş verənləri şərh etməyə ehtiyac yoxdur: "Çünki hər şey xalqın gözü qarşısında baş verdi. Bu cür hadisənin baş verəcəyini gözləyirdik".

Debatla bağlı suala cavabında C.Həsənli deyib ki, 6 dəqiqəlik vaxtını ayrıca çıxış etmək istədiyini lazımi müvafiq qurumlara bildirib.

Azər
AzNews.az