- Köhnə - Siyasət
- 24 Sentyabr 2013 15:54
- 2 968
YAP Cəmil Həsənli ilə bağlı şok sənədlər açıqlayacaq - ÖZƏL
Bu barədə AzNews.az-a YAP icra katibinin müavini, prezidentliyə namizəd İlham Əliyevin Mərkəzi Seçki Komissiyasındakı səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov deyib. Xatırladaq ki, S.Novruzov ötən həftənin şənbə günü İTV-nin efirində keçirilən debatdakı çıxışında bildirmişdi ki, növbəti debatda C.Həsənlinin mülkləri ilə bağlı siyahı açıqlayacaqlar.
S.Novruzov bildirib ki, bu gün C.Həsənlinin MSK-ya təqdim etdiyi mülk və gəlirlərlə bağlı mətbuatda dərc olunan siyahı ilə də tanışdır, ancaq onların açıqlayacağı siyahı daha genişdir: "Biz o siyahı ilə tanışıq. Ancaq bu gün debatda açıqlayacağımız siyahı orada qeyd olunanlardan çox genişdir".
Elnur
AzNews.az