Milli Şura seçkiyə qədər toplaşmayacaq - QƏRAR

Oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə qədər Milli Şuranın sessiyası keçirilməyəcək. Bu barədə AzNews.az-a AXCP sədrinin müavini, Milli Şura üzvü Nurəddin Məmmədli məlumat verib. O bildirib ki, seçkiyə qədər çox az zaman qalıb və qurum üzvlərinin iş qrafiki, həmçinin, Cəmil Həsənlinin görüşlərinin qrafiki çox sıxdır, bu baxımdan Milli Şura növbəti sessiyasının çağırılmasına ehtiyac duyulmur: "Yaxın günlərdə çox sıx qrafiklə işləməyə məcburuq. Demək olar ki, hər gün bir neçə görüş nəzərdə tutulub. Ona görə də seçkiyə qədər Milli Şuranın sessiyasının keçirilməsi real deyil".

Bahar Rüstəmli
AzNews.az