Fuad Qəhrəmanlı polisə niyə çağırıldı? - Açıqlama

AXCP sədrini müavini Fuad Qəhrəmanlı bu gün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Görüşdən dərhal sonra Aznews.az-a açıqlamasında AXCP sədrinin müavini dəvətin səbəblərini açıqlayıb.

Bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov və Bakı prokurorunun müavini Fazil Həsənəliyevlə görüşüb: "Görüşdə mənim sosial şəbəkələrdə mitinq çağırışlarım müzakirə edildi. Bildirildi ki, əgər aksiyalar razılaşdırılmamış keçirilərsə, bu çağırışlara görə mən məsuliyyət daşıyıram".

Bahar
AzNews.az