Müxalifət seçkidən sonra bir araya gəldi


Müsavat Partiyasının qərargahında Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli vəkilləri və səlahiyyətli nümayəndələri ilə görüşüb. Cəmil Həsənli seçki günü fədəkarlıq edən bütün Milli Şura üzvlərinə öz təşəkkürünü bildirib.

Toplantıda Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, AXP lideri Pənah Hüseyn çıxış edərək seçki prosesi ilə bağlı fikirlərini bildirib və mübarizənin davam edəcəyini vurğulayıblar.

Elnur
AzNews.az