Akif Qurbanov: “Mən vəzifəmi icra etmişəm”

Ümid Partiyasını Mərkəzi Seçki Komissiyasında təmsil edən Akif Qurbanov oktyabrın 9-da keçirilən prezident seçkilərinin ümumi yekunu haqqında rəyini açıqlayıb. O, Mərkəzi Seçki Komissiyasının protokoluna imza atmadığını bəyan edib.

Akif Qurbanov AzNews.az –a açıqlamasında öz vəzifəsini icra etdiyini deyib: "Mən orada müstəqil fəaliyyət göstərirdim. Bu, mənim mövqeyimdir və hesab edirəm ki, mən vəzifəmi icra etmişəm. Başqa məsələlərlə bağlı kiminsə mövqeyinə hər hansı şəxs kimi münasibət bildirmək yersizdir".

Ümid Partiyasının mətbuat katibi Elman Abbasov isə AzNews.az-a bildirib ki, Akif Qurbanovun rəyi ilə bağlı partiyada hər bir müzakirə aparılmayıb.

Bahar Rüstəmli
AzNews.az