“Onun mövqeyini hamı anlayışla qarşıladı” “Onun mövqeyini hamı anlayışla qarşıladı”

Rəsul Quliyevin istefası qəbul edildi

“Onun mövqeyini hamı anlayışla qarşıladı”




ACP-nin böyük tərkibdə toplantısına Rəsul Quliyev də qatılıb.

Açıq Cəmiyyət Partiyası Rəsul Quliyevin liderlikdən və üzvlükdən gedişi ilə bağlı müraciətlə bağlı oktyabrın 19-da ümumrespublika toplantısı keçirib. Mətbuata qapalı keçirilən toplantıda ACP sədri Sülhəddin Əkbərin "Yeni Müsavat"a dediyinə görə, partiyanın rəhbərliyi, bütün aktivi və rayon təşkilatlarının sədrləri iştirak edib. Rəsul Quliyev skayp vasitəsilə toplantıya qatılıb məlum videomüraciətində açıqladığı mövqeyini daha geniş şəkildə partiya üzvlərinə açıqlayıb. Nəyə görə istefa verdiyinin səbəblərini geniş şəkildə bildirib: "Rəsul Quliyevin mövqeyini hamı anlayışla qarşıladı. Rəsul müəllim izah etdi nə üçün gedir. İzaha aydın olduğuna görə, heç kimdə sual yaranmadı. Toplantı iştirakçıları onun qərarına hörmətlə yanaşaraq istefasını qəbul etdilər"

Toplantıda Rəsul Quliyevin ardınca gedənlərin olacağı ehtimalları isə özünü doğrultmayıb. S.Əkbər bildirib ki, toplantıda iştirak edən hər kəs bundan sonra da fəaliyyətlərini ACP-də davam etdirəcəklərini bəyan ediblər.

Qeyd edək ki, S.Əkbər ötən həftə bizə verdiyi açıqlamada kimlərinsə partiyadan gedəcəyinin istisna olunmadığını, lakin böyük itkilərin olmayacağını demişdi: "Heç şübhəsiz ki, Rəsul Quliyevin partiyadan çəkilməsi ilə bağlı kimlərsə, partiyadan gedə bilər. Amma böyük itkilərin olacağını düşünmürəm".

AzNews.az