Arif Hacılı: «YAP çox güclü resurslara malikdir»

Dünən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz Qurbanlı APA-ya açıqlamasında bildirib ki, YAP üçün İctimai Palata adlanan qurum siyasi güc mərkəzi hesab olunmur: "Partiyanın təhlillərində həmin qurumu siyasi güc mərkəzi kimi dəyərləndirmirik. Bu məsələ ilə bağlı proqnoz verib, onların fəaliyyətini dəyərləndirmək fikrimiz yoxdur. Yeni Azərbaycan Partiyası İctimai Palatanın fəaliyyətini təhlil etmir. Çünki təhlil ediləcək nüans və çəki görmürük. "

Məsələ ilə bağlı Müsavat Partiyasının başqan müavini Arif Hacılı AzNews.az-a bildirib ki, İctimai Palata Azərbaycan müxalifətinin birlik modeli kimi qəbul olunur. Onun sözlərinə görə, bu qurumda ziyalılar, mütəxəssislər, siyasətçilər toplaşıb: "İctimai Palata nüfuzlu və intellektual bir yerdir. Sadəcə olaraq, Mübariz Qurbanlının təmsil etdiyi partiya siyasi mübarizə şəraitini daraldıb.

Ona görə də, ən güclü qurumların belə ölkədə fəaliyyəti mədudlaşdırılıb. Bu da YAP-çı deputatı İctimai Palatanın zəif olduğu qənaətinə gətirir. YAP-ın çox güclü resurslara malik olduğunu deyən Başqan müavini qeyd edib ki, partiyanın həm Bakı şəhərində, həm də digər regionlarda qərargahları var: "Faktiki olaraq, Azərbaycan hakimiyyətinin administrativ resursu həm də Yeni Azərbaycan Partiyanın resursudur. Bu partiya, hakimiyyətin verdiyi imkanlardan faydalanaraq, proseslərdə iştirak edir. Amma Müsavat partiyası və bütövlükdə müxalifət partiyaları YAP-a qarşı mübarizə aparmaq gücündədir".

İlkin

AzNews.az