Asəf Quliyev: “Rauf Arifoğlunun əlində fakt varsa, desin”

"Kim nə bilirsə desin. Əgər Rauf Arifoğlunun əlində nəsə fakt varsa, buyursun, ortaya çıxarsın".


Bunu AzNews.az-a açıqlamasında AXCP sədrinin sabiq müavini, "Xalq arzusu" Hərəkatının təsisçisi Asəf Quliyev deyib.

O bildirib, onun heç kimdən çəkinəcəyi məsələ yoxdur: "İnsanlar əməlinə görə tanınır. Nə kimdənsə qorxuram, nə də ehtiyatlanıram. Mən anlaya bilmirəm, o, mənə nə xəbərdarlıq edəcək? Bu ölkədə elə bir kişi yoxdur ki, mənə xəbərdarlıq eləsin.

Mən kiməsə xəbərdarlıq edə bilərəm. Edərəm və cavabını da verərəm".

Xatırladaq ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu mətbuata açıqlamasında Asəf Quliyevin yalan danışdığını və onun istefa səbəbinin nüanslarını açıqlayıb:

"Asəf Quliyev gözünün içinə qədər yalan danışır. Onun istefasının əsil səbəbini bir çoxları kimi, mən də bilirəm. Lakin söyləməyi etik bilmirəm... Ayıbdır, bu qədər yalan danışmasın, öz zibillərini bizim üzərimizə şər atmaqla ört – basdır etməsin".


Elvin
AzNews.az