- Köhnə - Siyasət
- 3 Fevral 2014 14:29
- 2 781
Oqtay Əsədov İrana səfər edəcək

Azərbaycanın İran İslam Respublikasındakı səfirliyindən Trend-ə verilən məlumata görə, İƏT Pİ-nin 9-cu sessiyasından öncə, fevralın 14-17-də İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının İcra komitəsinin, Siyasi və xarici əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, İnsan hüquqları, qadın və ailə məsələləri, Mədəni, hüquqi və sivilizasiyalar və dinlərarası dialoq üzrə ixtisaslaşmış daimi komitələrinin iclasları keçiriləcək.
Parlament İttifaqının 9-cu sessiyası çərçivəsində Qadın parlament üzvlərinin 3-cü Konfransının keçirilməsi də planlaşdırılır. Sözügedən iclaslarda Azərbaycan Parlamentinin üzvlərinin iştirakı nəzərdə tutulub.
AzNews.az