Rasim Musabəyov: “Ermənistan bu məsələdən divident qazana bilməz”


"Cavid Orucov adlı şəxs oyunbazlıqla məşğuldur. Onun əməlinin ciddi şərh olunmasını da məqsədəuyğun hesab etmirəm. Heç kəs ermənilərin bu cür təxribatına inanan deyil".


Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib. O bildirib ki, siyasi sığınacaq kimi iddiaların əsası yoxdur: "Digər tərəfdən onun Ermənistanda qalmaq niyyəti də yoxdur. Həmin şəxs deyəcək ki, nə Azərbaycana dönə bilərəm, nə də Ermənistanda qalmaq imkanım var, məni Avropada siyasi sığınacaqla təmin edin".

Bu əməlin əvvəlcədən Ermənistan tərəfindən planlaşdırması haqda danışmağın inandırıcı olmadığını da deyən R. Musabəyov xatırladıb ki, bir neçə il əvvəl erməni ailəsi də Azərbaycana keçərək siyasi sığınacaq istəyib: "Bu baxımdan da nə həmin şəxs, nə də Ermənistan bu məsələdən divident qazana bilər".

Qeyd edək ki, Cavid Orucov adlı Azərbaycan vətəndaşı yanvarın 29-da ailəsi ilə birlikdə Gürcüstan sərhəddindən Ermənistana gedib. O, Ermənistandan siyasi sığınacaq istəyib.

Ermənistan mətbuatı isə xəbər verir ki, Miqrsiya Xidmətinin rəhbəri Qaqik Yeqanyan bu barədə ətraflı məlumat vermək istəməyib. Xidmət rəhbərini sözlərinə görə, belə məsələlər administrativ qaydada 1-3 aya həll olunur.

Məhəmməd
AzNews.az