- Köhnə - Siyasət
- 11 Fevral 2014 11:34
- 2 517
Əhməd Davudoğlu Bakıya gələcək

Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib.
Onun sözlərinə görə, səfərdə məqsəd Gürcüstan-Azərbaycan-Türkiyə xarici işlər nazirlərinin toplantısında iştirak etməkdir.
Toplantı Gəncədə baş tutacaq. Toplantıda qarşılıqlı əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, bu, Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin sayca üçüncü görüşü olacaq. Nazirlərin ikinci görüşü 2013-cü ilin martında Batumidə keçirilib.
AzNews.az