- Köhnə - Siyasət
- 13 Fevral 2014 13:08
- 3 469
“Partiyada razılaşmadığım məqamlar olub”
Bunu AzNews.az-a açıqlmasında AXCP sədrinin keçmiş müşaviri Zərifə Məhəddinova deyib. Z. Məhəddinova partiyadan çıxarılmasına belə aydınlıq gətirib:
"Sədrin müşaviri vəzifəsindən çıxarılmama səbəb partiya ilə müəyyən məsələlərdə razılaşmadığım məqamların olmasıdır. Müqəddəs yerlər boş qalmır. Orada çox layiqli adamlar var. Mən nə birinciyəm, nə də sonuncu".
Qeyd edək ki, AXCP sədrinin müşaviri Zərifə Məhəddinova tutduğu vəzifəsindən azad edilib.
Bahar Rüstəmli
AzNews.az