Ərdoğan: “Bəşər Əsədin siyasi ömrü başa çatıb“

"Suriya prezidenti Bəşər Əsəd öz siyasi ömrünü artıq başa vurub". Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yerli "Kanaltürk" telekanalının efirində jurnalistlərin ən son hadisələrlə bağlı suallarını cavablandırarkən bildirib.

"Mənim fikrimcə, Bəşər Əsəd öz siyasi ömrünü başa vurub. Hazırda o, bir siyasətçi kimi çalışmır. Daha çox Suriyanın içində olduğu vətəndaş müharibəsindəki bir aktyor kimi çalışır. Türkiyə Suriya xalqının yanındadır. Bəşər və tərəfdarlarının yanında deyil", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

AzNews.az