- Köhnə - Siyasət
- 3 Avqust 2014 16:18
- 1 984
İlham Əliyev və Ərdoğan cəbhədəki vəziyyəti müzakirə edəcək

Bu açıqlamanı jurnalistlərə Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun verib.
Səfir bildirib ki, artıq məsələ ilə bağlı Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla müzakirələr aparıb.
"Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın da Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir. Hazırda hadisələrin gedişini çox diqqətlə izləyirik. Daimi sülhün bərpası üçün ciddi addımlar atılmasının vacibliyini düşünürük. Türkiyə olaraq bunu yalnız sözdə deyil, aktiv şəkildə gerçəkləşdirmək üçün Azərbaycanla həmrəy çalışmağa davam edəcəyik".
Diplomat Türkiyənin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq, münaqişənin dərhal həll edilməsinin vacibliyini qeyd edib.(ANS PRESS)
AzNews.az