Zakir Həsənov cəbhədə əsgərlərə tapşırıqlar verdi - FOTOLAR

Son günlər cəbhədəki gərginliklə əlaqədar vəziyyəti yerində qiymətləndirmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsinə gedib.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, döyüş bölgəsində yerləşən hərbi hissələrə, müdafiənin ön xəttindəki bölmələrə baş çəkən Müdafiə naziri mövcud vəziyyətlə tanış olunub, döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb.

Müdafiə naziri düşmənin kəşfiyyat-təxribat qruplarının müxtəlif istiqamətlərdə mövqelərimizə basqın etmək cəhdlərinin qarşısını almış, fərdi fədakarlıq və şücaət nümunələri göstərmiş hərbi qulluqçulara medal və qiymətli hədiyyə təqdim edib.

Müdafiə naziri düşmən təxribatlarının qarşısının alınması məqsədilə sayıqlığın daha da artırılması, onun bütün hərəkətlərinin nəzarət altında saxlanılması və zərurət yarandıqda düşmənə layiqli cavab verməyə daim hazır olmaları barədə şəxsi heyətə tapşırıqlar verib.


AzNews.az
image description image description image description image description