Müsavat başqanlığına namizədlərın irəli sürülməsi tarixi bəlli oldu

Müsavat Partiyasının başqanı vəzifəsinə namizədlərin irəli sürüləcəyi tarix açıqlanıb.



Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı AzNews.az-a deyib ki, namizədlərin irəli sürülməsi prosesinə avqustun 28-dən başlanacaq.

Onun sözlərinə görə, prosesə qeyd olunan tarixdə saat 10.00-dan start veriləcək.

Bahar Rüstəmli
AzNews.az