Arif Hacılıya daha bir dəstək - Vahid Qazidən

“İnam” Plüralizm Mərkəzinin sədri Vahid Qazi Müsavat Partiyasına yeni başqan seçimi ilə əlaqədar bəyanat yayıb.


AzNews.az xəbər verir ki, o, bəyanatda qurultayda dəstəklədiyi namizədin kimliyini adını açıqlayıb: "Şübhəm yoxdur ki, bu günün müsavatçıları da ənənəyə sadiqdirlər və Müsavatı vətəndə bərpa edən, onun idealı olan müstəqillik aktına səs verən, Qarabağ döyüşlərində onun dağlarında, çöllərində olan, demokratiya savaşlarında küçələrə, meydanlara çıxan, haqq davasında həbsxanalara düşən bir namizədə səs verəcəklər. Bir vaxtlar strukturları ölkənin az qala hər kəndini belə əhatə edən bir partiyanın qurulmasında qara fəhləlik eləmiş birini seçəcəklər (Belə bioqrafiyası olanı başqa xalqlar əl-əl gəzir). Yaşa dolduqca simaca da Rəsulzadəyə oxşayan Arif Hacılını başqan edəcəklər. Başqanlıq onun halalıdır".



İlkin PİRƏLİ
AzNews.az