Rusiya prezidenti Vladimir Putin Həştərxanda Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Rusiya prezidenti Vladimir Putin Həştərxanda Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Putin Əliyevlə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Həştərxanda Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.



AzNews.az ans press-ə istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Həmçinin o, xatırladıb ki, Rusiya və Azərbaycan liderləri avqust ayında Soçidə görüşüb və orada Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

"Əliyevlə görüş çox vacibdir. Bizim əlaqələr yetərincə fəallaşıb", - deyə Uşakov vurğulayıb.

Sentyabrın 29-da Həştərxanda keçirilməsi nəzərdə tutulan Xəzər sammitində Transxəzər boru kəmərlərinin tikinti rejimi üzrə müzakirələr də aparılacaq.
Sammitdə Xəzəryanı beş dövlətin (Rusiya, İran, Qazaxıstan, Azərbaycan və Türkmənistanın) liderləri iştirak edəcəklər.