- Köhnə - Siyasət
- 1 Oktyabr 2014 09:19
- 2 690
Müxalifət Bakı merinə müraciət edəcək - Mitinq

Milli Şura oktyabrın 12-nə təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət məktubu ünvanlayacaq.
Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın Hüqüq Komissiyasının sədri Vidadi Mirkamal deyib.
Onun sözlərinə görə, müraciət məktubunda mitinq keçirmək üçün "Məhsul" stadionu göstəriləcək: "Məktub bu gün, ya da sabah hazırlanıb Bakı Şəhər İcra Hakimiyyətinə göndəriləcək. "Məhsul" stadionunu istəyəcəyik. Əgər icazə verməsələr, o zaman mitinq olmayacaq".
Qeyd edək ki, Milli Şura mitinq keçirməyi ilə bağlı qərarı dünən keçirilən Kardinasiya Mərkəzinin toplantısında verib.
Bahar RÜSTƏMLİ
AzNews.az