Qarşlıqlı etiraz dalğası hər iki ölkəni bürüyüb Qarşlıqlı etiraz dalğası hər iki ölkəni bürüyüb

Yaponlar Çin məktəbini yandırdı

Qarşlıqlı etiraz dalğası hər iki ölkəni bürüyüb



Yaponiyanın Kobe şəhərində Çin əleyhinə böyük etiraz aksiyası təşkil olunub. Axşam saatlarında isə, Çin məktəbinə od vurulub. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı xəsarət alan olmasa da binaya ciddi maddi ziyan dəyib.

Yanğını söndürmək mümkün olub. Polis ehtimal edir ki, məktəb Çində Yaponiya əleyhinə keçirilən etiraz aksiyalarına cavab olaraq yandırılıb. Məktəbin yerləşdiyi rayonda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi deyilir və ehtimal edilir ki, bu cür hallar yenidən təkrarlana bilər.

Qeyd edək ki, mübahisəli Senkaku adaları ilə bağlı Çinlə Yaponiya arasında yaranmış gərginlik son zamanlar pik həddə çatıb. Belə ki, daha çox Çində Yaponiya əleyhinə güclü aksiyalar təşkil olunur. Bu ölkəyə məxsus avtomaşınlara və restoranlara od vurulur.

Sadiq
AzNews.az