- Köhnə - Siyasət
- 21 Oktyabr 2014 09:20
- 1 365
AXCP: “Şakir Abbasovun fikirlərini ciddiyə almırıq”

“Şakir Abbasovun müsahibəsindəki fikirlərini qeyri-ciddi hesab edirəm”.
Bunu AzNews.az-a Azərbaycan Xalq Cəbhəsi partiyasının sədr müavini Fuad Qəhrəmanlı deyib.
F.Qəhrəmanlının sözlərinə görə, Ş.Abbasovun müsahibəsi ilə tanışdır: "Biz Şakir Abbasovun fikirlərini ciddiyə alsaydıq, çox güman ki, ona münasibət açıqlayardıq. Ciddi olmayan fikirlərə münasibət verilmir".
Qeyd edək ki, Şakir Abbasov AXCP-nin bir qrup şəxs tərəfindən özəlləşdiyini və həmin adamların partiyaya şəxsi mülki kimi baxdığını deyib.
Ş.Abbasov iddia edib ki, AXCP iqtidarla deyil, Müsavatla mübarizə aparır.
Bahar RÜSTƏMLİ
AzNews.az